Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


22.12.2021  16:53 

Bank kartlarında soyğunçuluq!





A+  A-

Azərbaycanda faktiki olaraq 25 bank fəaliyyət göstərsə də, bank sektoru real olaraq bir neçə bankın inhisarındadır. İqtisadi nəzəriyyədə buna"kartel razılaşması" deyilir. Yəni bir neçə şirkət qiymətlərlə bağlı anlaşma əldə edərək, bazara öz tariflərini diqtə edir.

Azərbaycanın bank sektorunda kartel razılaşmasının mövcudluğu aksiomadır və monopoliya Beynəlxalq Bank və Kapital Banka məxsusdur.

Konkret faktlara keçək...

Hər iki bankın müştərisiyəm - Beynəlxalq Bankda biznes kartım, Kapital Bankda isə debet kartım var.

Təsəvvür edin ki, Kapital Bankdan 5 manat nağdlaşdıranda 1 manat komission haqqı tutulur. Yəni nağdlaşdırılan məbləğin 20 faizi həcmində komission haqq - fantastikadır. Normalda bu hədd 0,1-1 faiz həcmində olmalıdır...

Eyni tariflər Beynəlxalq Bankda da mövcuddur. Təsəvvür edin ki, bu gün 16 manat kartda pul çıxartmışam. Komissionnu nə qədər olsa yaxşıdır? 3,66 manat, yəni 19 faiz...

Kart bazarına yeni banklar buraxılmır. Etiraf edək ki, müştərilər də başqa banklara o qədər maraq göstərmir. Çünki bank bağlansa (bu maliyyə göstəricilərindən asılı olmadan istənilən bankı gözləyir) kartlardakı pulların taleyi sual altına düşür. Çünki indiki qaydalara görə, müştərilərin depozit hesablarındakı vəsaitlər ən axırıncı, yəni əhəmiyyətsiz məsələdir. Bunu sözügedən banklar yaxşı anladığından fantastik xidmət haqları tətbiq edir - monopoliyada elə budur!

Qadir İbrahimli

Xəbər 3059 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +