Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


22.12.2021  12:26 

“Iki dəfə görüşüb ailə qururlar“





A+  A-

"Bizdə psixologiyada elə təfəkkür yaranıb ki, bir qızla oğlan iki dəfə görüşdülərsə, deyirlər ailə qurmalıyıq. Bundan qaçmaq lazımdır”.

XəzərNews.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Azərbaycanda mövcud ailə münasibətləri” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, gənclər bir-birini yaxından tanımadan ailə qurmamalıdır: “İnsanlar nəyinsə xatirinə ailə qurub bədbəxt həyat yaşamasınlar. Bir məsələni də qeyd edim ki, cəmiyyəti irəli aparan onun elitasıdır. Bizim insanlar müşahidə edir ki, zəngin adam kasıb adamla ailə həyatı qurmur. İnsalarımız bundan imtina etməlidir”.

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılması ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib.

Millət vəkili fikrinin bəzi şəxslər tərəfindən yanlış şəkildə yozulduğunu bildirib. O qeyd edib ki, kazinolarla bağlı təklifi yalnız Qarabağla bağlı deməyib: “Mən orda təkcə Qarabağı demədim. Azərbaycanda da müəyyən yerlərdə təşkil etmək olar. Böyük Zirə adasını, Nargin adası, turizm məkanları kimi tanınan Quba, Qəbələ və ya Masallıda da təşkil eləmək olar. Rusiyada 4 yerdə, Qazaxıstanda Alma-Atıdan 70 km aralıda kazino var. Azərbaycan vətəndaşları istəmirsə, müsəlmançılıqda qadağandır deyirsə, bunu öz vətəndaşlarımıza qadağan eləmək olar. Amma bəzi özünə müsəlman deyənlərin özü spirtli içki içir, namaz qılmır, Həcc ziyarətinə getmir. Amma bu məsələ gələndə deyirlər müsəlmanıq olmaz. Müsəlman ölkəsi olan Malaziyada, Şimali Kiprdə kazinolar var. Bu sahədən böyük gəlir götürürlər”.

Q.Həsənquliyev kazinolar vasitəsilə ölkəyə çoxlu turist cəlb etmək və pul qazanmaq imkanı olduğunu deyib: “Bu gün Qarabağda böyük pula ehtiyac var. Şəhidlərimiz orada qan töküb ki, insalarımız orada yesinlər, içsinlər, əylənsinlər. Orada da kazinolar açılacaqsa, investisiya qoyulacaq, turist axını olacaq, bu da bölgənin inkişafına təkan verəcək. Gürcüstan balaca respublikadır, amma kazinolar hesabına milyardlarla pul qazanır. Yəni turizmi inkişaf etdirmək üçün kazino bir vasitədir”.

Deputat fikrinin bəzi şəxslər tərəfindən təhrif edildiyini deyib: “Mən demişdim ki, xərcləri aşağı salmaq lazımdır. Xərclər haradan başlayır? Təyyarə biletlərindən. Biletlər ucuz olmalıdır ki, insanlar gəlsinlər. Yemək, qalmaq xidmətləri ucuz və keyfiyyətli olmalıdır. Çox təəsüf ki, bu məsələlər qaldı qıraqda, bir dənə yapışdılar, kazinodan.

Turistlər bizim kimi ölkələrə əylənmək üçün gəlirlər. Bizdə Fransada, Londonda olan tarixi abidələr yoxdur ki, deyim ki, gəlib arxitektura nümunələrinə baxsınlar. Turistlərin əylənməsi üçün imkanlar yaradılmalıdır. Bakıda bir Qız Qalasıdır, bir də Şirvanşahlar sarayı. Bizdə daha çox imkan var ki, əyləncə-istirahət turizmini inkişaf etdirsinlər. Məsələn, Naftalanda müalicə-səhiyyə turizmini yarada bilərik. Yaxud meşələrimiz var, Qarabağda da belə yerlər var”.

Xəbər 3055 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +