Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


19.12.2021  01:13 

Deputatdan nazir Sahil Babayevin uşaq pulu fikirlərinə sillə kimi cavab!





A+  A-

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev əmək və əhalinin sosial müdafisi nazirinin uşaq pulunun niyə verilməməsi barədə düşüncələrini mətbuta açıqlayıb.

XəzərNews.az onun fikirlərini təqdim edir:

"Ölkəmiz üçün çox üzüldüm onun fikirləri ilə tanış olanda. O, üç səbəb göstərir. Birinci səbəb kimi qeyd edir ki, çox vəsait tələb olunur, təqribən 3.3 milyard manat. İkinci səbəb kimi 2045-ci ilə qədər demoqrafik vəziyyətin stabil qalacağının proqnozlaşdırıldığını deyir. Üçüncü səbəb kimi isə meyarların müəyyənləşdirilməsinin çətin olduğunu və uşaq pulu verilərkən neqtiv halların, korrupsiya əməllərinin ola biləcəyini vurğulayır.
O, fərqində deyil ki,"uşaq pulu" müavinəti demoqrafik vəziyyətə görə yox, bütün sivil ölkələrdə uşaqların normal qidalanması, isti geyinməsi, minimal səviyyədə "ləyaqətli həyat standartları" ilə təmin olunması üçün verilir. Mən parlament müzakirələri zamanı da söyləmişdim ki, əgər maliyyə imkanı yoxdursa uşaqlara nazirin dediyi kimi 18 yaşına qədər müavinət verilsin, onda yaş həddini 10 -a endirmək olar, yəni ibtidai sinfi bitirənə qədər aztəminatlı ailələrə uşaq pulu vermək olar. Həm də vacib deyil 100 manat məbləğində verilsin. Bu rəqəm iki dəfə azaldıla bilər və ümumi məbləğ bir milyard manatdan da az olar. Amma bununla çoxuşaqlı və aztəminatlı ailələriə böyük yardım etmiş olarıq.

Onun uşaq pulu üçün meyarların müəyyən olunmasının çətinliyi və bunun korrupsiyaya yol açacağı barədə dedikləri isə o dərəcədə qeyri - ciddi yanaşmadır ki, adam münasibət bildirməyə sadəcə söz də tapa bilmir. Həyatımızın bir çox sahələrində çətin və mürəkkəb məsələlər qarşımızda dayanır, onun məntiqi ilə biz bunu çözməməliyik ki, korrupsiyaya yol aça bilər. Korrupsiyanın qaşısını almaq üçün işləməmək, çətin problemlərin həlli ilə məşğul olmamaq artıq yeni yanaşmadır. Korrupsiyaya qarşı mübarizədə ölkəmizdə tətbiq olunan "yenilik" kimi dünya birliyi tərəfindən öyrəniləcək.

Uşaq pulu əvəzinə minimum əmək haqqının artırılması ilə sosial rifahın yüksəldilməsi barədə nazirin dedikləri də sağlam tənqidə davam gətirmir. Orta aylıq əmək haqqı artdıqda və inflyasiya aşağı olduqda, hamı işlə təmin olunduqda, pensiyalar orta əmək haqqına yaxınlaşdıqda, ailələr gəlirlərinin 30%-dən azını ərzaq almağa sərf etdikdə sosial rifahın yüksəlməsindən söhbət gedə bilər. İndiki halda uşaqların sağlam böyüməsi və genefondumuz qorunması üçün "uşaq pulu" müavinətinin verilməsinə böyük ehtiyac var. "Uşaq pulu" fərdi müraciətlər əsasında ailənin maddi vəziyyəti nəzərə alınmaqla verilməlidir. Yeri gəlmişkən deyim ki, nazirdən fərqli olaraq düşünürəm ki, meyarları müəyyən edib bu işi təşkil etmək çox sadədir. Yalnız təcrübəli, oturuşmuş, bacarıqlı və xalqını sevən bir şəxsə bu iş həvalə olunmalıdır"

Xəbər 2777 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +