Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular


20.11.2021  10:21 

Dələduzluq edən şəxs saxlanılıb - Foto





A+  A-

Şəmkirdə dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən XəzərNews.az -a verilən məlumata görə, Şəmkir rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının rayon vətəndaşlardan daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumlikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50.000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Xəbər 5230 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +