Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


19.11.2021  19:13 

“Endirim” sözü altında yatan təhlükə...





A+  A-

İri, geniş, göz oxşayan marketlərdə böyük hərflərlə yazılmış “ENDİRİM” sözləri ilə yəqin ki, siz də tez-tez rastlaşırsınız.

Aldığınız maaşı və xərclərinizi göz önündən keçirdib digər məhsullara yox, məhs endirimdə olan məhsullara üz tutursunuz. Bəs heç bu məhsulların tarixinə baxmısınızmı? Əgər baxmısınızsa, deməli, görmüsünüz ki, endirimdə olan əksər məhsullar bitmə tarixinə az vaxt qalmış məhsullardır. Məsələn, 3 ay saxlanıla bilən məhsulun bitməsinə 15 gün, 1 ay saxlanılmalı olan məhsulun son tarixinə 6 gün və s. Görünür, marketlər bununla “ucuz ətin şorbası olmaz” atalar misalını əyani göstərməyə çalışırlar.

Marketlərin bu hiyləsindən hələ də xəbərsiz olanlar var. Endirimi görüb, “ucuz olmuşkən alıb qoyum evə sonra istifadə edərəm” düşüncəsi ilə cibində olan pulu marketdə qoyub çıxan alıcılar hansı tələyə düşdüklərini özləri də bilmirlər. Bildikdə isə artıq gecikmiş olurlar.

Kasıbın “5 qəpiyinə” göz dikən marketlər şəbəkəsi isə illərdir bu yollarla insanları aldadır, soyurlar. Bu yerdə atalarımız yaxşı deyib “ac qazanar, tox yeyər”. Kasıb deməyimin isə yalnız bir mənası var. Çünki endirimi görən kimi üzü gülən, gözü işıq saçanlar yalnız aylıq xərclər qarşısında boğulan insanlardır. Varlının nəyinə lazımdır endirim? Endirməsələr də, olar. Onsuz da onların marketləri də, yedikləri qidalar da elitdir. Bizim kimi oturub endirim güdmürlər ki, hələ bir tələyə də düşsünlər.

Marketlər isə bu oyunbazlığa, saxtakarlığa yalnız bir formada haqq qazandırırlar - “vaxtı bitməyib ki, hələ bir neçə gün var da”. Ay evi tikilmiş, indi bir butulka duru yağın 5 gün müddəti var deyə, oturub ancaq yağ içək ki, ziyana düşməyək?

Ona görə də alış-veriş zamanı məhsulların bitmə tarixinə nəzər salın və bu cür oyunların qurbanına çevrilməyin.

Leyla Mirzə,
Bizimyol.info


Xəbər 5466 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +