Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


18.11.2021  14:32 

Rusiya sərhədlə bağlı təkliflər hazırlayıb - Detallar niyə açıqlanmır?





A+  A-

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflər hazırlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün -noyabrın 18-də hökumətin iclasında belə bir açıqlama ilə çıxış edib.

“Rusiyanın Müdafiə Nazirliyi delimitasiya və demarkasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliklər hazırlayıb. Bu təkliflər Ermənistan üçün qəbulediləndir”, – o deyib.

Detallar açıqlanmır

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verdiyi bildirilən toqquşmalarda 7 Azərbaycan hərbçisi, 1 ermənistanlı hərbçi öldürülüb. Ermənistan 13 hərbçisinin əsir götürüldüyünü, 24-nün taleyinin bəlli olmadığını bildirib.

Paşinyan bu gün Müdafiə naziri Suren Papikyana göstəriş verib ki, Rusiya Müdafiə Nazirliyinin təkliflərinin “detallarını aydınlaşdırsın”.

“Gəlin, Rusiya Federasiyasının təklifləri çərçivəsində prosesi gerçəkləşdirməyə cəhd edək”, – o deyib, amma detalları açıqlamayıb.

Paşinyan bir gün öncə parlamentdə Azərbaycanı prosesi pozmaqda suçlayıb, maydan bəri Rusiyanın sərhədlə bağlı təkliflərinə cavab vermədiyini vurğulayıb.

Çağırışlar

16 noyabr toqquşmalarından sonra Rusiya tərəfləri delimitasiya və demarkasiyası prosesinə başlamağa səsləyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 17-də Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb. Patruşev Rusiyanın sərhədlərin müəyyənləşdirilməsinə müvafiq yardım göstərməyə hazır olduğunu deyib.

Son toqquşmalardan sonra Birləşmiş Ştatlar və Avropa Birliyi Yerevanla Bakını sərhəd demarkasiyası daxil “vacib məsələlər”in həllinə doğru işləməyə çağırıb.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya sülhməramlıları yerləşdirilib. Sərhədlərin müəyyənləşdirilməsi məsələsi isə həll olunmayıb./AzadlıqRadiosu

Xəbər 4644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +