Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


03.11.2021  14:46 

Ermənistanlı nazir: “Gorus-Qafan yolundan imtina etmirik”





A+  A-

Ermənistan Gorus-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan 21 kilometrlik hissəsindən "tam imtina etmir" və bunun "sərhədin delimitasiya-demarkasiyası nəticəsində həll olunacağına" ümid edir, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

Azərbaycan bu ilin sentyabrında Ermənistanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində polis və gömrük nəzarəti qurub. Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirmişdi ki, bu yoldan istifadə ilə bağlı ötən ilin dekabrında Azərbaycanla razılaşıblar.

Azərbaycan bu yolda İran nömrəli yük maşınlarını yoxlayır və gömrük rüsumu tətbiq edir. Bu, iranlı sürücülər arasında narazılıq yaratdığı üçün Ermənistan Gorus-Qafana alternativ yol tikir.

İran "Gorus-Qafan"a alternativ, Azərbaycandan yan keçən yolun tikintisinə qoşulur
Sərhədçisinə ``hücumdan`` sonra Azərbaycan ``Qafan-Gorus avtomobil yolunu bağlayıb``
"Biz bu yoldan (Gorus-Qafan yolunun 21 kilometrindən) imtina etmirik, mübahisəli olan iki hissədən başqa, bu bizim yoldur. Bu belədir, ya belə deyil - delimitasiya və demarkasiya göstərər. Bu prosesdə ağrılı sahələr olacaq ya yox, hər halda bunları bilmək və qeyd etmək daha düzgündür ki, gələcəkdə insident olmasın", - Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə brifinq zamanı jurnalistlərə deyib.



Azərbaycan Qnel Sanosyanın bu açıqlamasını hələ şərh etməyib.

Qnel Sanosyanın onu da əlavə edib ki, delimitasiya və demarkasiya prosesində hansı sovet xəritələrindən istifadə ediləcəyini bilmir. Amma ixtisasca coğrafiyaşünas olan nazir vurğulayıb ki, müxtəlif illərin xəritələri bir-birindən fərqlənir.

Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi üçün sovet xəritələrindən istifadə ediləcəyi gözlənir. Ancaq hansı illərin xəritələrinin iki ölkə arasında müzakirə mövzusu olduğu ictimaiyyətə açıqlanmayıb. /BBC News Azərbaycancan/

Xəbər 2434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +