Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı


02.11.2021  16:41 

Kitab istehsalı, yayımı və satışı ƏDV-dən azad olur





A+  A-

Azərbaycanda kitabların, o cümlədən bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir.

Bununla bağlı, bu gün Milli Məclisdə ictimai müzakirə təşkil olunub. Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.

XezerNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a danışan “Qanun nəşriyyatının” direktoru Şahbaz Xuduoğlu bildirib ki, yeni qərarla kitabların qiyməti aşağı düşəcək, oxucuların sayı artacaq:

“Uzun illərdir bununla bağlı təşəbbüslər var idi. Amma o təşəbbüslər həmişə qeyri müəyyən vaxta qədər təxirə salınırdı. Nəhayət, ƏDV-nin kitab üzərindən götürülməsi faktı reallaşmaq üzrədir. Yaxın zamanlarda parlamentin növbəti iclaslarının birində müzakirəyə çıxarılacaq. Çox güman ki, Vergi Məcəlləsində dəyişikliklər aparılacaq. Bu dəyişikliklər əsasında kitablar özü bir sənaye faktoru olaraq həm istehsalatı, həm yayımı, həm də satışı ƏDV-dən azad olur.

Eyni zamanda, kitab üçün gətirilən kağız və digər xammal materialları da ƏDV-dən azad olacaq. Bu da əlbəttə ki, kitabın maya dəyərini aşağı salacaq. Biz buna hüquqi sənəd kimi deyil, həm də dövlətin kitab mədəniyyətinə olan müsbət münasibəti kimi baxırıq. Çox təqdirəlayiq haldır ki, Azərbaycan kitabı bundan sonra ƏDV-siz fəaliyyət göstərəcək. Bu həm də yazıçılara və yazıçılıq sənətinə olan müsbət münasibətdir. Yazıçıya stimul verir ki, onun yazdığı yazı dövlət vergisinə cəlb olunmayacaq. Bu mənada çox müsbət addımdır”.


Xəbər 3140 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +