Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


27.10.2021  20:07 

Milli Qəhrəmana 10 il iş verildi, 40 min manat da təzminat ödəyəcək- Hökm





A+  A-

Həbsdə olan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun məhkəməsi yekunlaşıb. Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

Hakim Həbib Həsənovun sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlcə generalın vəkili Rüstəm Zülfüqarov çıxışı edərək deyib ki, müvəkkilinə verilən qəsdən adam öldürmə və xuliqanlıq ittihamını təsdiqləyən faktiki sübut yoxdur: “Rövşən Əkbərov özü də bildirir ki, hadisə baş verən gecə evdə ailəsi ilə birlikdə olub. Rövşən Əkbərovun ailə üzvləri istintaqa şahid qismində çağırılıb dindirilməyib. Müstəntiq bu məsələni araşdırmaqda maraqlı olmayıb. Məhkəmədə şahid kimi dindirilən şəxslərin heç biri hadisənin Rövşən Əkbərov tərəfindən törədilməsini görməyib. Hamısı kimdənsə eşitdiyini deyir”.

Vəkil çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən general məhkəmədə son sözünü deyib. Vəkilinin çıxışıyla razılaşdığını vurğulayan Rövşən Əkbərov bildirib ki, Elçin Əliyev kafedə qətlə yetirildiyi vaxt o, evdə ailə üzvlərilə birlikdə olub: “Elçin Əliyevi mən öldürməmişəm. Mən hadisəni səhər səfirliyə gedəndə eşitmişəm.

Məhkəmədən xahişim budur ki, günahım olmadığı üçün mənə bəraət verilsin”.

Generalın son sözündən sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə yollanıb. Təxminən iki saat çəkən müşavirədən sonra Rövşən Əkbərovun azadlıqdan məhrum edilməsi haqda hökm elan edilib. Hökmə əsasən, Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, zərərçəkmiş Elçin Əliyevin ailəsinə 40 min manat təzminat da ödəməlidir.

Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki “Sikora” kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Xəbər 4210 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +