Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


19.10.2021  17:35 

Qanunsuz fəaliyyət göstərən baytarlıq apteki aşkar olunub





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XezerNews-a verilən məlumata görə, Sabirabad şəhəri, V. Əhmədov küçəsində Quliyev Əlikram Əlibala oğluna məxsus baytarlıq aptekində yoxlama aparılıb.

Yoxlama zamanı aptekin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, satışı həyata keçirilən son istifadə müddəti bitmiş baytarlıq preparatları, həmçinin xüsusi temperatur rejimində saxlanılması tələb olunan vaksinlərin və bioloji stimulyatorların temperatur rejiminə əməl edilmədən saxlanıldığı aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub, son istifadə tarixi bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər 3151 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +