Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


09.10.2021  10:06 

AYI şəhərə necə gəlib?





A+  A-

Dünən Balakənin rayon mərkəzində ayı balaları peyda olub. Rayonun mərkəzi küçələrində gəzişən ayılardan biri rayon sakininə hücum edib. Ayıların rayona meşəlik ərazidə yolu azaraq gəldiyi ehtimal edilir.

Rayon mərkəzində peyda olan ayı balası sakinə hücum edir. Arxadan gələn avtomobil isə sakini ayının hücumundan qoruyur. Görüntülər Balakəndə vətəndaşlar tərəfindən çəkilib.

Dünən səhər saatlarında Balakən rayonu Mahamalar kəndində və rayon mərkəzində qonur ayı balalarına rast gəlinib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, bu kimi hallar dünyanın bir çox yerində müşahidə olunur. "Görüntülərdəki balalar ehtimal olunur ki, kəndə yaxın meşəlik ərazidən yollarını azaraq gəliblər. Onların qida axtarışında olduqları güman edilir. Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər. Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edirlər"- deyə açıqlamada qeyd olunub.

Şəhər ərazisində qaçışan qonur ayı balaları Rayon Polis Şöbəsinin əməkdaşlarının nəzarəti və rayon sakinlərinin köməkliyi ilə təhlükəsiz şəkildə meşə ərazisinə qaytarılıb. Qeyd edək ki, ötən ay da Balakəndə ayı peyda olmuşdu.



Xəbər 3586 dəfə oxunub.





07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +