Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


08.10.2021  21:19 

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi





A+  A-

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "AzEduNet” MMC ilə maliyyə dəyəri 4 999 999.01 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

XəzərNews Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internətə qoşulması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "AzEduNet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur.

Mediada yayılan məlumatlara görə, "AzEduNet” MMC Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan Samir Məmmədova yaxın şirkətdir. MMC-nin təsisçiləri Haciyev Fuad Bəyalı oğlu və Həsənov Heydər Elmar oğludur. "AzEduNet”in qanuni təmsilçisi Natiq Yəhyayev həm də MMC-nin direktoru vəzifəsini daşıyır.

Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən "AzEduNet” MMC ilə maliyyə dəyəri milyonlarla manatla ölçülən müqavilələr imzalanıb. Bu barədə internet resurslarında çoxsaylı materiallara rast gəlmək mümkündür.



Xəbər 3733 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +