Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


05.10.2021  23:03 

Cəbhəçilər etiraz aksiyası keçirmək istədi, polis qarşısını aldı





A+  A-

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı və hüquq müdafiəçiləri Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar həbsdə olan partiya üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.

Aksiya iştirakçıları Niyaməddin Əhmədovun və digər həbs edilmiş fəal Zamin Salayevin şəkillərini qaldırıblar və “Siyasi məhbuslara azadlıq!”, “İstefa” şuarları səsləndiriblər.

Onlar yerli mətbuatı və hüquq müdafiəçilərini həbsdə olan AXCP üzvləri Niyaməddin Əhmədov, Aqil Hümbətov, Paşa Ümüdov, Aqil Məhərrəmlinin taleyinə biganə qalmamağa çağırıblar.

Onlar Niyaməddin Əhmədovun 13 gündür bu penitensiar müəssisədə aclıq etməsi ilə əlaqədar toplaşdıqlarını qeyd ediblər.

Polis əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar 5 nəfərdən artıq toplaşmağa icazə verilmədiyi üçün etirazçılardan ərazini tərk etməyi tələb ediblər.

Bundan sonra bir neçə aksiya iştirakçısı polis maşınlarına mindirilib və naməlum istiqamətə aparılıb. Onlar arasında jurnalistlər Zərifə Novruzova, Fatimə Mövlamlı və Aysel Ümüdova, həmçinin hüquq müdafiəçiləri Zəfər Əhmədov və Rüfət Səfərov da var.

DİN-in mətbuat xidmətinin ictimaiyyətlə və KİV-lə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev Turan-a bildirib ki, saxlanılan yoxdur, aksiyada iştirak edənlərin ərazidən uzaqlaşdırılması təmin edilib.

Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, saxlanılanlar Xəzər rayonun 3-cü polis bölməsinə aparılıb.

XəzərNews

Xəbər 3582 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +