Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


04.10.2021  13:10 

“Həkim məsləhəti 60 manat...“- Xəstəxanalarda rüsvayçı vəziyyət





A+  A-

Son iki il ərzində sanki xəstəliklə, ölümlə çiyin-çiyinə yaşamalı olmuşuq. Əvvəllər adi qripdir deyib ayaq üstə keçirdiyimiz xəstəlik bu gün ən qorxulu kabusumuza çevrilib.

Vay o gündən ki, yüngülvari boğaz ağrısı, halsızlıq hiss edək. O dəqiqə düşürük işə-başa ki, birdən o zəhrimara tuş gəlmiş olarıq, xəbərimiz olmaz. Bu səbəbdən də xəstəxanalara günün hansı saatı yaxınlaşsaq, insan axınının şahidi oluruq. Xəstəxanalar isə bu axını görüb "fürsət bu fürsətdir” deyərək vəziyyətdən yaxşıca yararlanırlar.

Heç birimizə sirr deyil ki, dövlət xəstəxanalarında özbaşınalıq, "görüm-baxım" halları çox olduğu, barmaqla sayılacaq qədər yaxşı həkim qaldığı üçün insanların bu xəstəxanalara inamı ölüb. Böyük bir kütlə dərdinin çarəsini, əlacını tapmaq üçün özəl xəstəxanalara üz tutmalı olur.

Özəl xəstəxanalar isə tam bir soyğunçuluqla məşğuldur. Bir neçə il əvvəl özəl xəstəxanalarda həkim müayinəsi 40 manat idisə, artıq bu gün 60 manat və daha yüksək məbləğə qalxıb. Bir kəlmə söz belə soruşmaq istəsəniz, mütləq 60 manatı kassaya ödəyib sonra həkimin otağına daxil ola bilərsiniz.

Hətta hər ay yoxlanışı mütləq olan körpələr üçün də bu məbləğ tələb olunur. Əgər bir ailədən iki uşaq aparırsınızsa, düşünməyin ki, sizi nəzərə alıb, hansısa endirim edəcəklər. Kassaya birbaşa 120 manat ödəyib, sonra həkim otağına daxil ola bilərsiniz.

Təbii ki, bu rəqəmlər təkcə həkim konsultasiyası üçün nəzərdə tutulub. Analizlər, uzilər, kardioqramlar və s. qiyməti daha yüksəkdir. Məsələn, bir çox xəstəxanalarda uşaq üçün eko-kordioqramın qiyməti 110 manatdan başlayır və bu rəqəm daha da yüksək ola bilir.

Bu xəstəxanalara isə heç bir qurum tərəfindən nəzarət olunmur. Bir sözlə, insaların həyatı taleyin ümidinə buraxılıb. Ona görə də çalışaq, sağlam olaq!/Bizimyol.info

Xəbər 4135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +