Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


28.09.2021  22:27 

22 evdən oğurluq edən şəxs saxlanılıb





A+  A-

Binəqədi rayonunda fərdi yaşayış evlərindən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Natiq Süleymanov tutularaq istintaqa təqdim edilib.
XəzərNews xəbər verir ki, araşdırma zamanı onun Binəqədi rayonunun qəsəbələrində yerləşən 22 yeni tikilməkdə olan evdən məişət əşyaları, ellektrik naqilləri, kombi aparatları, təmir-tikinti alətləri oğurladığı məlum olub.

Qeyd edək ki, Natiq Süleymanov gündüzlər Binəqədi rayonu ərazisində gəzərək hansı mənzildə təmir işlərinin getdiyini müəyyənləşdirəndən sonra gecə saatlarında həmin evlərdən oğurluqlar edib.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Natiq Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər 3511 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +