Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


20.09.2021  17:20 

Pul bazası 8 ayda 4,5 faiz artıb





A+  A-

Monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır. Dövlət qiymətli kağızların gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqda davam edir.
Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

XəzərNews.az Mərkəzi Banka istinadla xəbər verir ki, dövlət büdcəsinin profisitli icrası və vahid xəzinə hesabının dinamikası pul bazasının aşağı templi artımını şərtləndirib.

Pul bazası 8 ayda 4,5 faiz artıb. İqtisadi aktivliyin və istehlak nikbinliyinin yüksəlməsi kreditlərə olan tələbi yüksəldir. Bank sisteminin kredit portfeli avqust ayında 1,6 faiz, ümumilikdə 8 ayda isə 7,4 faiz artıb. İstehlak kreditləri 12,9 faiz, ipoteka kreditləri 12,2 faiz çoxalıb.

De-dollarlaşma meyilləri davam edir. Avqustda dollarlaşma fiziki şəxslərin depozitləri üzrə 44,7 faizə, kredit portfeli üzrə isə 26,8 faizə enib. Mərkəzi Bank pul siyasəti qərarları qəbul edərkən milli valyutada yığımların cəlbedici olaraq qalması və kredit qoyuluşlarının balanslı şəkildə artımını da diqqətdə saxlayır.

Xəbər 3682 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +