Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


08.07.2021  11:21 

Bu ölkədə “Sinovac” vurduranların adı peyvənd siyahısından çıxarıldı





A+  A-

Sinqapurda Çinin “Sinovac Biotech” şirkətinin koronavirusa qarşı vaksini ilə peyvənd olunan şəxslərin sayı ümumi milli peyvənd sayından çıxarılacaq.
XəzərNews.az xəbər verir ki, bunu Sinqapurun Səhiyyə Nazirliyi elan edib. Məlumata görə, “Sinovac Biotech” şirkətinin “CoronaVac” adlı vaksini ilə peyvənd olunan Sinqapur vətəndaşları tam peyvənd olunmuş şəxslərin yer aldığı milli siyahıya salınmayacaq. Buna səbəb isə Sinqapur rəhbərliyinin sözügedən bu vaksinin təhlükəsizliyi və effektivliyi barədə hələ də məlumat əldə etməməsidir.

Nazirlik, həmçinin əlavə edib ki, ümumi milli peyvənd siyahısına yalnızca “Moderna” və “Pfizer-BioNTech” vaksinləri ilə peyvənd olunmuş şəxslər daxil ediləcək. Hər iki vaksin kliniki sınaqlarda simptomatik xəstəliklərə qarşı 90%-dən çox effektivlik nümayiş etdirib. “Sinovac” isə sınaqlarda 51%-dən təqribən 84%-ə qədər effektivlik göstərib.

“CoronaVac” vaksini ilə peyvənd olunan şəxslər də COVID-19 testi verməli olacaqlar. “Moderna” və yaxud “Pfizer/BioNTech” vaksini qəbul etmiş şəxslər isə koronavirusla bağlı test etdirməkdən azaddırlar.

Qeyd edək ki, iyulun 7-də Sinqapurda 62 640 yoluxma və 36 ölüm faktı qeydə alınıb.

Xəbər 3316 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +