Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


17.06.2021  12:23 

Ölkədə məşğul və işsiz əhalinin sayı açıqlandı





A+  A-

2021-ci il iyun ayının 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 268,8 min nəfər olub.
XəzərNews.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 908,2 min nəfərini məşğul əhali təşkil edib ki, bu da illik müqayisədə 0,1 faiz, aylıq müqayisədə isə 0,2 faiz çoxdur.

Bildirilib ki, iyun ayının 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 678,4 min nəfər olub ki, illik müqayisədə 0,1 faiz artım, aylıq müqayisədə isə 0,1 faiz azalma qeydə alınıb.

İqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər fəalliyyət göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz, aylıq müqayisədə isə 0,2 faiz azalma müşahidə olunub.

Qeyri-dövlət sektorunda isə 764,8 min nəfərin fəaliyyət göstərdiyi müəyyənləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, əvvəlki ayın nəticələri ilə müqayisədə 0,1 faiz çoxdur. Bu da özəl müəssisələrin işə qəbul prosesində daha çox aktivləşdiyini göstərir.

Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,7 min nəfər çalışıb. 2021-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 143,4 saat təşkil edib.

Xəbər 3283 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +