Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


31.05.2021  11:26 

“Toy məclislərinə icazə verilsin” - Deputat Milli Məclisdə məsələ qaldırdı





A+  A-

“Toyların təşkilinə və teatrların fəaliyyətinə icazə verilməsini xahiş edirik”.
XəzərNews.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Qənirə Paşayeva çıxış edib.

O, əhalinin istəyinin bu istiqamətdə olduğunu söyləyib:

“COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik.

Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl etməklə həyata keçiriləcək.

Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir.

Digər tərəfdən, insanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar”.

Xəbər 3722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +