Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


28.02.2021  18:36 

Ermənistanda hakim fraksiya Sarkisyanın impiçmenti məsələsini qaldırdı





A+  A-

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası prezident Armen Sarkisyana qarşı impiçment prosesinin başladılmasını gündəmə gətirib.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə deputat Vaaqn Ovakimyan feysbuk səhifəsində yazıb. O, buna səbəb kimi Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı Baş nazirin vəsatətini imzalamaqdan imtina etməsini göstərib. Ovakimyanın sözlərinə görə, Konstitusiyanın 139-cu maddəsinə əsasən, prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir.

“İlk baxışdan bu, Sarkisyanın həmin səlahiyyətindən istifadə edərək Baş nazirin Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı sərəncam layihəsini geri qaytarması kimi görünə bilər. Ancaq əslində belə deyil. Prezident sərəncam layihəsini özbaşına olaraq onu təklif edən orqana qaytara bilməz. Konkret olaraq, bu vəziyyətdə Baş nazir səlahiyyətləri daxilində (Konstitusiyanın 155-ci maddəsi) Baş qərargah rəisinin istefasını təklif edib. Ən emosional təsəvvürə sahib olan bir insan belə bu prosesdə konstitusiya əleyhinə heç bir ünsür görə bilməz. Əslində isə prezidentin səlahiyyətlərindən özbaşına istifadə etdiyini görürük.

Prezidentin səlahiyyətlərindən özbaşına istifadə etməsi dövlət təhlükəsizliyini poza bilər və vəziyyətin qeyri-sabitliyinə gətirib çıxara bilər”, - deyə Ovakimyan bildirib.

Millət vəkilinin sözlərinə görə, Konstitusiyanın kobud şəkildə pozulduğunu nəzərə alaraq 141-ci maddəyə əsasən, prezidentin impiçment prosesinə başlamaq üçün açıq-aşkar əsaslar olduğu irəli sürülə bilər.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının 141-ci maddəsinə əsasən, prezident dövlətə xəyanət, digər ağır cinayətə görə və ya Konstitusiyanı kobud şəkildə pozduğu üçün vəzifəsindən kənarlaşdırıla bilər.

Xəbər 4329 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +