Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


27.02.2021  20:38 

Paşinyan yenə Qasparyanın istefası təklifini Prezidentə göndərdi





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə təkrar müraciət ünvanlayıb.
Bu barədə XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir.

“Prezident Baş Qərargah rəisinin vəzifədən azad edilməsi barədə müraciəti geri qaytarmaq qərarına gəldi, bu, yaranmış vəziyyətin həllinə heç də kömək etmir. Mən Qasparyanın istefa verməsi barədə müəyyən edilmiş qaydada yenidən Prezidentə vəsatət göndərirəm və onun müəyyən edilmiş qaydada imzalanacağını gözləyirəm”, - Paşinyan feysbukda yazıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb.

Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezidentə göndərib.

Xəbər 4768 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +