Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


17.02.2021  11:09 

“Peyvəndə görə təlaşa düşməyin nə mənası var?”





A+  A-

Yanvarın 18-dən ölkəmizdə yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesi aparılır. Həmin proses ilkin olaraq səhiyyə işçiləri arasında başlanılıb. Kliniki Tibbi Mərkəzin həkim və tibb işçiləri də hamılıqla peyvənd olunublar.
XəzərNews.az xəbər verir ki, klinikanın həkim-infeksionisti Laçın Əliquliyeva peyvəndin birinci dozasını qəbul edib, fevralın 20-də isə ikinci dozanı vurduracaq.

“Həkimlik təcrübəmdə şiddətli ağrı-acı ilə üzləşən, həyatla ölüm arasında çarpışan çox xəstə görmüşəm. Amma bəlkə də arxası qatda gözlərini tavana dirəyib imdad diləyən COVID-19-a yoluxmuş ağır xəstənin çəkdiyi əzab və ağrılar onların ən dözülməzi və ən məşəqqətlisidir. Təəssüf ki, nəfəs çətinliyi ilə üzləşən belə xəstələrə kömək etmək biz həkimlərin də imkanı xaricində olur”, - deyə həkim-infeksionist söhbət açır.

Onun dediyinə görə, belə kritik hallarda ümid yalnız xəstənin orqanizminin gücünə və Allahın mərhəmətinə qalır: “Həkim həmişə xəstənin ümid yeridir və şübhəsiz ki, biz onun yaşaması naminə mümkün olan hər şeyi etməyə çalışırıq. Lakin COVID elə dəhşətli bəladır ki, onun ağır formasını keçirən xəstəyə həkim yardımı, dava-dərman da kömək etmir. Ötən ilin yazından indiyədək həmin virus infeksiyasına yoluxan çoxlu xəstə görmüşəm. Ötən bir il ərzində hər gün neçə-neçə COVID-li xəstəyə yardım göstərsəm, onlarla təmasda olsam da, şükür ki, özümü ona yoluxmaqdan qorudum. Lakin doğmalarımı qoruya bilmədim. Bacım Solmaz, qardaşım qızı Aytac, qardaşım oğlu Məmmədxan da koronavirusa yoluxdular. Bir müddət ev şəraitində onlara qulluq göstərsəm də, xəstəliyin şiddətləndiyini görüb bacımı və Aytacı işlədiyim klinikaya yerləşdirdik. Bacım 9, qardaşım qızı isə 10 gündən artıq orta ağır vəziyyətdə xəstəxana şəraitində, qardaşım oğlu isə yüngül simptomlarla ev şəraitində müalicə olunaraq sağaldılar. Bu elə bir təhlükəli infeksiyadır ki, doğma-yad tanımır, hər kəsin yaxasından yapışa bilər. Belə olan şəraitdə çıxış yolu nədir? Biz həkimlərin tez-tez işlətdiyimiz bir söz var. Həmişə deyirik ki, ən yaxşı müalicə profilaktikadır. İndiki halda COVID-19-un profilaktikası da ona qarşı tətbiq edilən peyvənddir. Peyvənd vurdur və xəstəlikdən uzaq ol!”

Həkim-infeksionist peyvənd vurdurmaqdan çəkinənlərə müraciət edərək deyib: “Dünyaya yeni doğulan körpəyə qısa bir vaxt ərzində bir neçə peyvənd vurulur. Necə ki, uşaqlara difteriya, göyöskürək, tetanus, pnevmokok, qızılca, parotit və məxmərəyə qarşı peyvənd vurulur, koronavirusa qarşı tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini də həmin inaktiv peyvəndlərdən biridir. İndiyə qədər peyvənd kimə hansı mənfi təsir göstərib? Bir şey ki, qoruyucu, xəstəlikdən mühafizə edən vasitə kimi tətbiq edilir. Ondan çəkinməyin, yaxud etdirib-etdirməmək barədə təlaşa düşməyin nə mənası var? Peyvənd xəstəliyə yoluxmaqdan xilas yoludur, infeksiyaya yoluxma zamanı isə xəstəliyi yüngül keçirməyə kömək edir. Yaşamaq eşqi, həyat enerjisi olan heç kəs onu vurduqmaqdan qorxmamalıdır”.

Xəbər 4295 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +