Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı


30.11.2020  15:11 

“Orada minaya düşmək riski çox yüksəkdir” - Xəbərdarlıq





A+  A-

“Müharibəyə məruz qalmış bütün bölgələrdə əhali arasında maarifləndirmə işləri aparılır, vətəndaşlara təhlükəli ərazilərə daxil olmamaları və naməlum əşyalara toxunmamaları ilə bağlı xəbərdarlıq olunur”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmin bölgələrdə əhalinin ən çox hərəkət etdiyi yerlərə kiçik plakatlar və lövhələr yerləşdirilib: “Naməlum əşya ilə rastlaşarkən dərhal 102 xidmətinə, FHN-nin “Qaynar xətti”nə, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat vermək lazımdır. Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırq. Çünki orada minaya düşmək riski çox yüksəkdir. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə ilk növbədə yollar partlamamış hərbi sursat və minalardan təmizlənəcək və insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq”.

Q. Əhmədov qeyd edib ki, vətəndaşların öz dədə-baba yurdlarına bir an öncə getmək istəmələri anlaşılandır. Lakin onlardan həmin torpaqlar tam təmizlənənədək bu ərazilərə getməkdən çəkinmələri xahiş olunur.

Xəbər 4285 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +