Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


10.10.2020  15:36 

“Atəşkəs sülh deyil” - Hikmət Hacıyev





A+  A-

"Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmayanadək Cənubi Qafqazda stabillik mümkün deyil".
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib.

O bildirib ki, on günlük hərbi əməliyyatlar zamanı Ermənistanın hərbi infrastrukturu, silah anbarları sıradan çıxarıldı:

"Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti legitim hərbi hədəf olaraq məhv edildi. Hərbi əməliyyatların gedişi həm də Ermənistanın siyasi, iqtisadi, hərbi gücünə böyük zərbə vurdu. Cəbrayıl rayonunun bir neçə kəndi, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut qəsəbəsi və onun ətrafındakı yaşayış məntəqələri işğaldan azad edilib.

Diplomatik cəbhədə də beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan öz siyasətini davam etdirir. Bu gün hərbi müstəvidə dəyişdirilmiş status-kvodan irəli gələrək siyasi mənada da status-kvo dəyişdirilir.

Atəşkəs özlüyündə sülh deyil, heç zaman da ola bilməz. Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul olunmuş atəşkəs rejimidir. Amma Ermənistanın siyasi rəhbərliyi bundan da sui-istifadə etməyə çalışır. Bu gün Ermənistan humanitar əsaslarla atəşkəs yalvarışları ilə gəldi və Ermənistan dövləti özü tərəf kimi çıxış etdi. Yekun hədəfimiz Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsidir. Bunun üçün hərbi, siyasi, iqtisadi müstəvidə bütün addımlar atılacaq. Azərbaycan xalqı əmin olmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdiriləcək. Bundan sonra spesifik danışıqlar davam etdirilməlidir. Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmayanadək Cənubi Qafqazda stabillik mümkün deyil. Bunu da deyim ki, dövlətimizə qarşı təzyiqlər də var, Prezident İlham Əliyev bu təzyiqlərə də sinə gərir. Biz bu təzyiqləri çox görmüşük".

Xəbər 4012 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +