Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


04.09.2020  12:38 

Könüllü aliment ödəyənlər 1 faizdir





A+  A-

Bu ilin 6 ayında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq iş olub.
XəzərNews.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

F.Əfəndiyev qeyd edib ki, bu işlərin böyük əksəriyyəti həll edilib:
“Təəssüf ki, borclu şəxslər könüllü şəkildə alimenti ödəmək istəmirlər. Biz tövsiyə edirik ki, atalar öz atalıq borclarını yerinə yetirsinlər. Doğrudur, aliment ödəyən analar da var. Amma alimentin ödənilməməsilə bağlı əsas problemlər atalarla bağldır. Ata unutmamalıdır ki, övladı üçün ayrılan vəsaiti ödəmək vəzifəsi var. Bunu hansısa icra məmuru ona xatırlatmamalıdır. Nəzərə almalıdır ki, barəsində inzibati tədbir görülə bilər, hətta 1 ayadək azadlığı məhdudlaşdırıla bilər”.

F.Əfəndiyevin sözlərinə görə, işlərin 70 faizində aliment müntəzəm şəkildə ödənilir:
“Amma bunlar da məcburi ödəmələrdir. Könüllü ödəmələr cəmi 1 faizdir. İşlərin 15 faizi 3-5 aylıq gecikmələrlə müşahidə edilir. Aliment ödəməkdən tamamilə yayınanlar da var”.

Xəbər 3561 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +