Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


04.09.2020  11:34 

“Ermənistan sudan ekoloji terror vasitəsi kimi istifadə edir”





A+  A-

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması mətbuata açıqlama ilə çıxış edib.
XəzərNews.az həmin açıqlamanı təqdim edir:

“Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə edilməsini daha da gücləndirir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Şurasının rəhbərliyinə Ermənistanın bu məkrli siyasətini ifşa edən məktub ünvanlayıb.

Məktubda Ermənistanın işğalı altında olan yuxarı Qarabağ bölgəsindən axan çayların qarşısını məqsədli şəkildə süni bəndlərlə kəsməsi, eləcə də Sərsəng su anbarından aşağı Qarabağ istiqamətində qanunsuz kanalların inşa edilməsi məsələləri öz əksini tapıb.

Vurğulanıb ki, təcavüzkar Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz etmişdir. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulur. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə - təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradır və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurur.

Məktubda Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci il “Çıraqovlar və digərləri Ermənistana qarşı” məhkəmə işinin yekun qərarına və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı il tarixli, 2085 saylı “Cəbhə bölgələrindəki azərbaycanlı əhali sudan məqsədli şəkildə məhrum edilir” başlıqlı qətnaməsinə istinad edilərək Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozması ifşa edilib.

Son olaraq məktubda, AŞPA baş verənləri yaxından izləməyə, eləcə də Ermənistanın bütün bölgəni humanitar və ekoloji fəlakətə aparan bu məkrli davranışlarına dərhal son qoyması üçün təxirəsalınmaz addımlar atmağa çağırılıb”.

Xəbər 3643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +