NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq


03.09.2020  15:02 

“Merkelin Navalnı ilə bağlı açıqlaması saxtadır” - Lukaşenko





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun Varşava ilə Berlin arasındakı telefon danışıqlarını ələ keçirdiyini açıqlayıb. O qeyd edib ki, bu danışıqlar Almaniya kansleri Angela Merkelin Aleksey Navalnı ilə bağlı açıqlamasının saxta olduğunu sübut edir.
XəzərNews.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustinlə görüşü zamanı açıqlama verib.

“Dünən və ya srağagün, dəqiq xatırlamıram, Merkelin çıxışından əvvəl bir danışığı ələ keçirdik. Belə başa düşdük ki, Varşava Berlinlə telefonla danışır. Xəttə iki abunəçi əlaqə saxlayır. Radioelektron hərbi kəşfiyyatımız ələ keçirib. Maraqlı söhbəti ələ keçirdik, hansı ki, açıqlamanın saxta olduğunu göstərir”,- deyə Lukaşenko qeyd edib.

O əlavə edib ki, yaxın gələcəkdə Belarus məlumatları FSB-yə göndərəcək.

Qeyd edək ki, daha əvvəl Almaniyanın Nazirlər Kabineti Aleksey Navalnının orqanizmində “Noviçok” qrupuna aid maddənin tapıldığını bildirmişdi. Rusiya höküməti isə öz növbəsində, Navalnının Almaniyaya aparılmasından əvvəl bədənində zəhərli maddə izinin aşkarlanmadığını qeyd edib.

Xəbər 3543 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +