Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?


18.08.2020  11:50 

Lukaşenko etirazçı ilə belə mübahisə etdi - VİDEO





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı ona “özünü güllələməyi” təklif edən kütləyə yaxınlaşıb.
XəzərNews.az xəbər verir ki, sözügedən videogörüntülər yerli “Tut.b” portalı tərəfindən yayımlanıb. Görüntülərdə Prezidentin zavodu tərk etdiyi anda işçilərdən birinin “Özünüzü güllələyin, zabit!” deyə qışqırdığı eşidilir.

Lukaşenko işçi kütləsinə yaxınlaşaraq çağırışlara belə cavab verir: “Yerinizdə dayanın, narahat olmayın, sizi döyməyəcəm. Bu, mənim marağımda deyil. Əgər bir nəfər burda təxribat törətsə, ona qarşı amansız davranacağıq. Ona görə kişi ol. Siz kütləsiniz, mən isə təkəm. Telefonu aşağı sal!”

Xatırladaq ki, Belarusun sənaye nəhəngləri - “Belaruskali”, “Naftan”, MZKT, MTZ, BMZ zavodlarının işçiləri etiraz əlaməti olaraq tətilə çıxıb. İşçilərin tələbləri arasında təhlükəsizlik qüvvələri tərəfindən zorakılığın dayandırılması və günahkarların mühakimə olunması, Aleksandr Lukaşenkonun istefası, seçkilərin qeyri-qanuni olaraq qəbul edilməsi və yeni seçkilərin təyin edilməsi, siyasi məhbusların azad olunması dayanır.



Xəbər 3411 dəfə oxunub.





07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +