Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


29.07.2020  18:50 

İtaliyada fövqəladə vəziyyət rejimi uzadıldı





A+  A-

İtaliyada koronavirusla əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi oktyabrın 15-nə qədər uzadılıb.
XəzərNews.az xəbər verir ki, İtaliyada koronavirusla əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı Baş Nazir Cüzeppe Kontenin irəli sürdüyü təklif bu gün parlamentdə səsverməyə çıxarılıb.

Parlament müxalifətinin bir çox nümayəndəsi Baş nazirin təklifinə qarşı çıxsa da təklif lehinə səslərinin çoxluğu ilə qəbul edilib. Səsvermədə 286 deputat təklifin lehinə, 221 deputan əlehinə səs verib, 5 deputat isə bitərəf qalıb.

Baş nazir bu addımın ölkədə yaz aylarında tətbiq olunan sərt karantin tədbirlərinin yenidən tətbiq olunması mənasına gəlmədiyini bildirib. "Bəzi vətəndaşlar fövqəladə vəziyyət rejiminin uzadılmasını sərt karantinin geri qaytarılması kimi başa düşür, amma əslində bu belə deyil",-deyə Konte qeyd edib. Baş nazir, fövqəladə vəziyyət rejimi uzadılmayacağı təqdirdə ölkədə koronavirusun yayılmasına qarşı bu günə qədər görülən səylərin boşa çıxacağını bildirib.

Xəbər 3287 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +