Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


04.07.2020  20:53 

İqtisadiyyat Nazirliyi pandemiya ilə bağlı onlayn görüş keçirdi





A+  A-

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə pandemiya ilə mübarizədə ictimai iştirakçılığın və nəzarətin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, nazirliyin rəhbər şəxslərinin, millət vəkillərinin, ictimai təşkilatların və biznes assosiasiyalarının iştirakı ilə keçirilən görüşdə pandemiya ilə mübarizənin ümummilli məsələ olduğu və hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların və biznes assosiasiyalarının koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində fəal iştirakının, sosial məsuliyyətinin gücləndirilməsinin, vətəndaş təəssübkeşliyinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl etməyən şəxslərə, sahibkarlara qarşı ciddi ictimai qınaq formalaşmalı və bu sahədə ictimaiyyət nümayəndələrini, sahibkarları birləşdirən təşkilatlar və biznes assosiasiyaları daha fəal olmalı, özlərinin, yaxınlarının, təmsil etdikləri biznes sahəsinin müəyyən olunmuş tələblərə riayət olunmasını təmin etməli, maarifləndirmə və məlumatlandırma tədbirlərinə öz töhfələrini verməlidirlər. Diqqətə çatdırılıb ki, yalnız dövlət-biznes-vətəndaş birliyi ilə bu çətin mübarizədən qalib çıxmaq olar.

Onlayn görüşdə iştirak edən ictimai təşkilatlar və biznes assosiasiyalarının rəhbərləri pandemiya ilə mübarizədə həmrəyliklərini vurğulayıblar.

Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-biznes-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və konkret layihələrin icrası barədə razılığa gəlinib.

Xəbər 4159 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +