Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


23.06.2020  09:54 

Avropada say yenidən artır, İspaniya karantini bərpa edir





A+  A-

İspaniya hökuməti Araqon bölgəsində, Uesk əyalətində koronavirus infeksiyası aşkarlandığından karantin tədbirlərini yenidən bərpa edir.
XəzərNews.az-ın “Euronews”a istinadən verdiyi xəbərə görə, bu, Avropa İttifaqına üzv ölkədə izolyasiyanın ləğvindən dərhal sonra yeni məhudiyyətlərin tətbiq olunduğu ilk haldır.

Mütəxəssislər koronavirus infeksiyasının meyvə və tərəvəz yığan mövsümi işçilər arasında yayıldığını ehtimal edirlər. Virusun yayıldığı mərkəz hələ lokal olsa da, iki böyük aqlomerasiyada: ölkənin paytaxtı və Barselonada da aşkarlanıb.

Analoji vəziyyət Almaniyada da müşahidə olunub. Belə ki, Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunun yaxınlığında yaşayan 500-dən çox yoluxmuş şəxsin olduğu müəyyən edilib.

Qeyd edək ki, ÜST bir neçə gün öncə açıqlama yayaraq epidemiyanın ikinci dalğasının hazırkı situasiyada və xüsusilə də Avropada neçə günə başlayacağının sual altında olduğunu bildirmişdi.

Mütəxəssislərin proqnozunun nə dərəcədə gerçəkləşəcəyini söyləmək çətindir, amma digər tərəfdən yeni yoluxma ocaqları təkcə Avropa Birliyində deyil, İngiltərədə, xüsusən də Şimali Uelsdə qeydə alınıb.

Xatırladaq ki, İspaniya yoluxma (293 584 nəfər) və ölüm (28 324 nəfər) sayına görə dünya üzrə altıncı yerdədir.



Xəbər 3048 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +