Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


16.06.2020  13:19 

Həyat yoldaşı: “Bəhrama orqan köçürülməsi xəbəri absurddur”





A+  A-

Hazırda Bəhramın vəziyyəti ağır olaraq qalır, heç bir dəyişiklik yoxdur.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

Ş.Bağırzadə reanimasiyada yatan həyat yoldaşına orqan transplantasiyası edilməsinin müzakirə olunmadığını deyib:

“Bəhram hazırda reanimasiyadadır, vəziyyəti ağırdır, virusa görə yanına heç kim buraxılmır. Ağciyər transplanatsiyası söhbəti isə absurddur, koronalı xəstəni isə heç kim əməliyyat etməyib. Bunlar boş söhbətlərdir. Bilmirəm bunu kim, hardan, necə yayır, ümumiyyətlə belə bir şey yoxdur. Türkiyəyə aparılması da müzakirə olunmur. Burda həkimlər əllərindən gələn hər şeyi edirlər”.

O qeyd edib ki, viruslu xəstəyə dünyanın heç bir yerində orqan transplantasiyası edilmir:

“Sadəcə müalicə olunur. Kimlərsə sosial şəbəkələrdə nəsə yazır. Öz işini görür. Mənə onlar maraqlı deyil”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox hissəsi zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xəbər 3535 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +