Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


11.06.2020  09:12 

Daha 25 Qazaxıstan vətəndaşı Bakıdan yola salındı





A+  A-

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlər bağlandığı üçün ölkəmizdə qalan daha 25 Qazaxıstan vətəndaşı iyunun 10-da ölkələrinə yola salınıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən XəzərNews.az-a verilən məlumata görə, Qazaxıstanda yaşamaq hüququ olan 9 Azərbaycan və 1 Gürcüstan vətəndaşı da yola düşüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1 ” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq, Bakı Limanında COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər və testin nəticələri bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, bu ilin may ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib. Bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

Qeyd edək ki, may və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.



Xəbər 3238 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +