Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


11.05.2020  15:39 

FHN uçan körpü ilə bağlı məlumat yaydı





A+  A-

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
XəzərNews.az-ın məlumatına görə, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının nümayəndələri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb. Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.

Xəbər 3113 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +