Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


02.05.2020  13:10 

DTX daha bir əməliyyat keçirdi - Video





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinin qarşısı alınıb.
DTX-dan XəzərNews.az-a daxil olan məlumata görə, həyata keçirilmiş tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılmış, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbər 3788 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +