Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


28.04.2020  16:29 

“Azəriqaz” DİN-ə müraciət etdi





A+  A-

“Azəriqaz” İB Daxili İşlər Nazirliyinə müraciət edib.
XəzərNews.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.

“Azəriqaz”ın DİN-ə müraciətinin mətnini təqdim edirik: “Qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyi haqqında yalan məlumatlar yayılıb. “Youtube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “İnstagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib.

Buna görə də ölkə üzrə fəaliyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və s. ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb. Bildirmək istərdik ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də Birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”.



Xəbər 3285 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +