Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək


26.04.2020  19:34 

İtaliya ilin sonunadək turist qəbul etməyəcək





A+  A-

İtaliya ilin sonuna qədər xarici turistlər üçün sərhədlərini açmayacaq.
XəzərNews.az bildirir ki, bunu “La Republica” qəzetinə müsahibəsində ölkənin Mədəniyyət və Turizm naziri Dario Françeskini deyib.

“Hər bir dövlətin epidemioloji durumundan və siyasətindən asılı olacaq. Beynəlxalq turizm bu il olmayacaq”, - “TASS” Françeskininin sözlərini sitat gətirir.

Nazirin sözlərinə görə, İtaliyada mədəni görməli yerlər may ayında açılacaq. Onların arasında – Kolizey və Pompey. O bildirib ki, yalnız təhlükəsizlik tədbirlərini təmin edə biləcək görməli yerlər açılacaq.

Xatırladaq ki, İtaliyada bütün muzeylər, sərgilər və mədəniyyət müəssisələri martın 8-dən bağlanıb. Məhdudiyyətlərin mayın 4-dən tədricən ləğv edilməsi gözlənilir.

Qeyd edəki, İtaliyada koronavirusa 192 994 nəfər yoluxub ki, onlardan da 25 969-u vəfat edib.

Xəbər 2910 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +