Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


17.04.2020  20:27 

Dil normalarını pozanlar 1000 manatadək cərimələnə bilər





A+  A-

“Televiziyada senzurasız sözlərdən istifadə edilir”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, ailə ilə oturub televiziya verilişinə baxanda belə sözlərin ifadəsinə rast gəlir: “Bundan sonra ədəbi dilin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcək. Verilişə dəvət olunan şəxslərə də əvvəldən xəbərdarlıq ediblər”.

Millət vəkili Nigar Arpadari çıxış edərək sual verib ki, domen adlarında Azərbaycan dilinin normaları necə qorunacaq: “Domen adlarında “ə”, “ö” kimi hərflər necə istifadə olunacaq? Orada bu qaydaları qorumaq mümkün deyil. Belə çıxır, domen adında dilin norması pozularsa, cərimə olunacaq?”.

Sahibə Qafarova bildirib ki, layihə bu gün birinci oxunuşdadır, növbəti müzakirələrdə bu məsələyə təkrar baxılar.

Layihəyə əsasən, Kütləvi İnformasiya Vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Xəbər 2642 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +