Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


08.02.2020  12:37 

Tramp onun əleyhinə şahidlik edən vəzifəli şəxsləri işdən çıxardı





A+  A-

ABŞ Prezidenti Donald Tramp impiçment prosesi çərçivəsində ona qarşı ifadə verən administrasiyanın bir neçə nümayəndəsini vəzifəsindən azad edib.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb.

Agentlik yazır ki, Milli Təhlükəsizlik Şurasının əməkdaşı Aleksandr Vindman Ağ Evə Dəvət edilərək işdən çıxarıldığı bildirilib. Həmçinin onun qardaşı, Ağ Evin vəkillik xidmətində çalışan Yucin də vəzifəsindən azad edilib.

Onlardan əlavə, ABŞ-ın Avropa Birliyindəki daimi nümayəndəsi Qordon Sandland da vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi. Bu səbəbdən də Nümayəndələr Palatası ötən ilin sentyabrın 24-də ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.

Dekabrın 18-də ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs vermişdi.

Fevralın 5-də Senat Amerika liderinin a impiçment proseduru çərçivəsində hər iki ittiham üzrə bəraət verib.

Xəbər 3088 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +