Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı


22.01.2020  14:54 

İmişlidə 500 fəhlə işdən qovuldu - İcra başçısı Bakıya gəldi





A+  A-

İmişli Şəkər Zavodunun 500 fəhləsi işdən qovulub.
XəzərNews.az bildirir ki, bu barədə Qaynarinfo-ya sözü gedən zavodun fəhlələri məlumat verib. Onların sözlərinə görə, fəhlələrin işdən çıxarılmasına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır:

"Hazırda zavod işləyir. Zavodun heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir. Etiraz səsimizi qaldırdıq. Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, "məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız”. Amma dekabr ayında da hadasa 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt da fəhlələrə "işə qayıdacaqsınız” vədini verdilər. Hələ həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu. İndi məsələyə İmişli İcra Hakimiyyətinin başçısı qarışıb. Başçı məsələ ilə bağlı Bakıya gedib”.

Məsələ ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Təranə Cabbarova İmişli Şəkər Zavodunda baş verənlərdən xəbərsiz olduğunu dedi:

"Məlumatım yoxdur. Birinci müavin Səfa Ağayevlə əlaqə saxlayıb sizə məlumat verərəm”. Yarım saatdan sonra Təranə Cabbarova redaksiyamıza yenidən zəng edərək bunları dedi:

"Birinci müavin Səfa müəllim dedi ki, belə bir şey yoxdur”.

Xəbər 3339 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +