Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.01.2020  13:43 

Yunanıstanda ilk dəfə qadın prezident seçildi





A+  A-

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.
XəzərNews.az-ın “RİA novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında keçirilən səsvermə zamanı 300 deputatdan 200-ü onun lehinə səs verib. Bununla da tarixdə ilk dəfə yunan dövlətinə qadın rəhbərlik edəcək.

Qeyd edək ki, Konstitusiyaya görə, Yunanıstan prezidenti baş nazirin təklifi ilə parlament tərəfindən 5 illik müddətə seçilir. Fraksiyalar da öz namizədlərini təklif edə bilərlər. Qaydalarda prezidentliyə namizədin müzakirəsi nəzərdə tutulmur.

İndiki Prezident Prokopis Pavlopoulosun səlahiyyət müddəti martın 13-də başa çatır.

Yunanıstan Prezidentinin səlahiyyətləri əsasən nümayəndəlik funksiyaları ilə məhdudlaşır. Əsas güc baş nazirə məxsusdur.

Xəbər 3049 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +