Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


20.01.2020  17:42 

Xızıda ana və 3 uşağı itkin düşdü





A+  A-

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb.
XəzərNews.az bildirir ki, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur.

Xəbər 2823 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +