Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


30.11.2019  17:45 

Yol Polisi küləklə bağlı sürücülərə xəbərdarlıq etdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.
İdarədən XəzərNews.az-a daxil olan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.12.2019-cu il tarixdən etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərdən keçirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa üstünlük versinlər.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.

Nəqliyyat vasitələrini irigövdəli ağaclardan habelə köhnə tikili obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən istifadə etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi hər birinizə təhlükəsiz yol arzu edir!".

Xəbər 3018 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +