Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


29.11.2019  15:03 

“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov





A+  A-

“Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti Konstitusiyaya tamamilə uyğundur”.
XəzərNews.az xəbər verir ki, Milli Məclisdə bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov müxalif qüvvələrin mövcud müraciətlə bağlı səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətin yaddaşında bir az problem var: “Ona görə də nə dediklərini bilmirlər. Çünki sonuncu toplantılarında qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədənkənar parlament seçkiləri ilə bağlı bənd olub. Yəni onlar düşünürdü ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, seçkilər keçirilməyəcək. Halbuki onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur. Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. Bu baxımdan, Azərbaycan xalqının tələbinə uyğun olaraq işini qurur”.

S.Novruzov bildirib ki, dünya praktikasında müxalifət növbədənkənar seçkiləri önəmli sayır: “Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyilsə, onda fəaliyyətləri nədən ibarətdir. Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı müxalifət namizəd tapa bilməyib. Onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini tapıb gətirirdilər. Hansı ki həmin ərəfədə də namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

MM-in komitə sədri vurğulayıb ki, deputatların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla əlaqələri, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir: “Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. Artıq bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”.

YAP rəsmisi həmçinin mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin iştirak edib-etməyəcəyi ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib: "Bu, havadan götürülmüş siyahıdır. Hər seçki öncəsi belə siyahılar dərc olunur".

“Milli Məclisin 7-8 üzvü müxtəlif səbəblərdən iclasa qatılmayıb. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”, - deyə o qeyd edib.

Xəbər 3334 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +