Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


31.10.2019  11:21 

BNA-ni ifşa edən qəbz - Yaxud, daha bir özbaşınalıq...





A+  A-

Sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyini ifşa edən daha bir paylaşım edilib. Facebook istifadəçisi Kamil Piriyevin sözügedən paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb və ciddi müzakirələrə səbəb olub.
XəzərNews.az Sfera.az-a istinadən həmin paylaşımı oxucularına təqdim edir. Beləliklə...

***

Bu qəbzi bir yaxın tanışda gördüm. Deməli BNA səhv yerdə paklanmış maşını cərimələyir və onu evakuatorla Qış parkının altındakı cərimə dayanacağna aparır. Evakusaiya xidmətini Evakuator.az MMC adlı innovativ bir şirkət həyata keçirir.

Sərgüzəşt 1. Cəriməni ödədikdən evakusaiya üçün olan ödəniş evakuasiya xidməti kimi deyil, hesabın möhkəmləndirilməsi kimi göstərilir. Guya sahibkar öz şirkətinin hesabındakı vəsaiti artırmaq üçün şirkətə pul qoyur. Səbəb isə həmin vəsaitin vergiyə cəlb olunmamasıdır.

Sərgüzəşt 2. Demək olar ki bu halla üzləşmiş sürücü qəbzdə nə yazıldığına diqqət etmir. Artıq suallar da vermir. Ta bir ayıq sürücü bunu sorğulayana kimi.

Sərgüzəşt 3. Ayıq sürücü fərqli mənzərəni görür və Evakuator.az MMC-yə iradını bildirir. Sonuncu isə şikayəti BNA-ya yönəldir. Niyə BNA. BNA axı cərimə ödənişini alır. Evakuasiya xidmətini müqavilə üzrə Evakuator.Az MMC göstərir.

Sərgüzəşt 4. BNA, eləmə tənbəllik və elə həyasızlıq, vətəndaşı çağırıb deyir ki, məsələni ictimailəşdirməyin. "Biz şadıq ki bizdə belə ayıq vətəndaşlar var..." Söz verirlər ki, məsələ 1 həftəyə həllini tapar. Amma 1 aydan çox vaxt keçib hələ də cavab yoxdur.

Sərgüzəşt 5. Elə bilirsiz, o gündən vəziyyət düzəlib. Qətiyyən. Elə əvvəlki qaydada davam edir.

PS. Qəbzdə vətəndaşın şəxsi məlumatları, qəbzin nömrəsi və tarixi BNA tərəfindən onun kimliyi müəyyən edilməməsi üçün gizlədilib.



Xəbər 3665 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +