Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


30.10.2019  14:02 

Ailəsi əməliyyata razı olmadı, nazirlik həkim göndərdi





A+  A-

Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata alınıb.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, “City Hospital”dan nazirliyə Oqtay Gülalıyevin ailə üzvlərinin əməliyyatın keçirilməsinə razılıq vermədiyi bildirilib. Bu səbəbdən Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

Qeyd edək ki, O. Güləliyev dünən piyada xəttindən keçərkən 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Xəbər 2956 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +