Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


06.03.2019  09:26 

“Milli sosial şəbəkələrin yaranmasına ehtiyac var” - Komitə sədri





A+  A-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, o, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşdüyünü bildirib.

Komitə sədri bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib:

“Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. İnsanlar ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Buna görə də milli sosial şəbəkələrin, portalların yaranmasına və saylarının artırılmasına ehtiyac yaranır. Eyni zamanda, biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq”.

Xəbər 2799 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +