Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


30.01.2019  21:50 

Tehranda it gəzdirmək qadağan edildi





A+  A-

İranın paytaxtı Tehranda küçədə it gəzdirmək qadağan edilib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, xalqı it bəsləməkdən yayındırmağı nəzərdə tutan qadağaya görə, sakinlər avtomobillərində belə heyvan gəzdirə bilməyəcəklər. Tehranın polis rəisi Hüseyn Rəhimi “5 il əvvəl də parlamentə it gəzdirənlərin cərimələnməsi, yaxud qamçılanmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib” deyib.

Rəhimi qadağanın səbəbini “itlərin xalq arasında qorxu saçması və narahatlığa səbəb olması” ilə izah edib.

Qeyd edək ki, İranda dindarlar itlərin təmiz olmadığını bildirir və it saxlamağın Qərb siyasətinin simvollarından biri kimi görürlər. 2010-cu ildə mədəniyyət naziri heyvanlarla bağlı məhsulların reklamını qadağan edib.

Xəbər 2974 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +