Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


15.11.2018  12:19 

Milyonçu 60 min avroya sevgili axtarır





A+  A-

“Pulla xoşbəxtlik olarmı” sualının canlı örnəyi olan gənc milyonçu Ceyn Park onunla sevgili olacaq şəxsə ildə 60 min avro ödəyəcək.
XəzərNews.az “Mirror”a istinadən xəbər verir ki, 23 yaşlı gənc qadın uğursuzluqla nəticələnən sevgi münasibətlərindən sonra muzdlu sevgili tapmaq qərarına gəlib.

Namizədlər isə sayt vasitəsilə illik 60 min avro qarşılığında onunla sevgili olmaq üçün müraciət edə bilərlər.

“Ceyn heç vaxt əmin olmadı ki, onu özünə, yoxsa puluna görə sevirlər. O da sonda bu üsula əl atmağa qərar verdi. Ona sadiq olan düzgün bir kişiyə pulu verməyə hazırdır. Sədaqət Ceyn üçün çox önəmlidir, pul isə gözlədiyi sədaqət üçün verdiyi kiçik bir qarşılıqdır”, - deyə saytda bildirilir.

Qeyd edək ki, 17 yaşında lotereyadan bir milyon avro qazanan Ceyn bu pulla avtomobillər alıb, tətilə yollanıb və estetik əməliyyat edib. Bir milyonu qazanmadan öncə isə o, anası ilə birlikdə yaşayırmış və gündə səkkiz saat işləyirmiş.

Xəbər 3276 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +