Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.10.2018  12:59 

Bakıda veloyürüş keçiriləcək





A+  A-

“Az avtomobil çox həyat” devzi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının və “İsma bike”-ın iştirakı ilə 07 oktyabr 2018-ci il tarixində veloyürüş keçiriləcək.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərə görə, veloyürüş saat 10:00-da Azneft meydanından start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək.

Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Xəbər 3152 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +